Karantin rejimini pozan kafe aşkarlanıb
15 Aprel 2020 18:47 KriminalGoranboyda karantin rejimini pozan kafe aşkarlanıb. Məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə bağlı inzibati ərazilərində xidmət aparan zaman rayonun Dəliməmmədli şəhəri ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyektin sahibi Elçin Rzayevlə yanaşı, onun müştəriləri Zülfüqar Axundov, Dilqəm Məmmədov və Əli Hüseynov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində qanuna müvafiq tədbir görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31