Borclu şəxs qismində axtarışda olan şəxsdə narkotik aşkar edildi

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.  "Olaylar"a xəbər verir ki,  Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş D.Balaşov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 480 qram marixuana aşkar edilərək götürülmüşdür. Araşdırmalarla D.Balaşovun borclu şəxs qismində axtarışda olması da müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31