Avtomobil yolu keçən piyadanı vurub öldürüb
4 Aprel 2020 15:03 KriminalNərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a bildirilib ki, aprelin 2-də saat 9 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Y.Əsgərov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən Beydulla Qəniyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31