Avtomobil qaçıran şəxslər saxlanıblar

Martın 29-da Bakı şəhər sakini R.Qurbanovun "VAZ-21014" markalı avtomobilinin paytaxtın Nizami rayonu ərazisindən qaçırılması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olmuşdur. DİN-dən "Olaylar"a verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı ŞBPİ DYPİ, 24-cü PŞ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.İsmayılov və Cəlilabad rayon sakini T.Fərəcov Nərimanov rayonu ərazisində avtomobillə birgə saxlanılmışlar. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31