Hədə-qorxu gəlib pul tələb edən saxlanıb
31 Mart 2020 15:45 KriminalMartın 30-da Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T.Məmmədov həmyerlisi, əvvəllər məhkum olunmuş S.Muradovun ona hədə-qorxu gəlib 2000 manat pul tələb etməsini bildirmişdir. DİN-dən "Olaylar"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Muradov həmin gün Hindarx qəsəbəsi ərazisində hədə-qorxu ilə tələb etdiyi 2000 manatdan 300 manatı alarkən saxlanılmışdır. Faktla bağlı cinayət işi başlanmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31