Keçmiş məhkumdan 2 kq narkotik götürülüb

Mingəçevirdə keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb.

Mingəçevirdə keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Mingəçevir şəhər sakini Ceyhun Qurbanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan bir bükümdə narkotik vasitə olan heroin və kibrit qutusunda 7,61 qram qurudulmuş marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq C.Qurbanovun yaşadığı evə də baxış keçirilib. Oradan 21,284 qram heroin və sellofan torbada 2 kiloqram 155 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31