Qardaşını bıçaqladı, atasının ölümünə səbəb oldu
Qardaşını bıçaqladı, atasının ölümünə səbəb oldu
12 Mart 2020 16:01 KriminalŞirvanda qardaşını bıçaqlayan şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, martın 11-də Şirvan şəhərində yaşayan Elşən Xanışovun evində ailə-məişət münaqişəsi zəminində qardaşı Elçinə bıçaqla xəsarət yetirməsi və onları sakitləşdirməyə cəhd göstərən atası Zeynalı itələdiyindən sonuncunun pilləkəndən yıxılaraq ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Şirvan şəhər polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Xanışov saxlanılmışdır. Şirvan şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31