Günay Quliyevanın intiharı ilə bağlı cinayət işi açıldı
Günay Quliyevanın intiharı ilə bağlı cinayət işi açıldı
11 Mart 2020 18:48 KriminalAğcabədi rayonunda qadının intihar hadisəsi ilə bağlı ibtidai istintaq aparılır.
Olaylar.az xəbər verir ki, rayonun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Günay Quliyevanın martın 10-u saat 16 radələrində yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisə yerinə və meyitə polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, orada maddi sübutlar götürülüb.
Qeyd edək ki, G.Quliyeva 4 uşaq anasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31