Paytaxtda quyudan 1 kiloqramdan artıq heroin aşkar edilib
Paytaxtda quyudan 1 kiloqramdan artıq heroin aşkar edilib
5 Mart 2020 14:34 KriminalBaş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində yerləşən körpüdəki quyudan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, davam etdirilən tədbirlərlə narkotik vasitəni oradan götürməyə gəlmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8800 ABŞ dolları götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31