DİN polis əməkdaşının qətli ilə bağlı məlumat yaydı- Polisi qardaşı öldürüb
DİN polis əməkdaşının qətli ilə bağlı məlumat yaydı-Polisi qardaşı öldürüb
25 Fevral 2020 13:41 Kriminal\ Daxili İşlər Nazirliyi paytaxtda polis əməkdaşının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. "Olaylar" xəbər verir ki, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib. Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - A.Ramazanov saxlanılıb. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31