Biləcəridə iki xalaoğlu bıçaqlanıb
Biləcəridə iki xalaoğlu bıçaqlanıb
20 Fevral 2020 11:49 KriminalBakıda iki nəfərin bıçaqlanması hadisəsi baş verib."Olaylar"ın məlumatına görə, hadisə fevralın 19-da, saat 20:00 radələrində, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.Belə ki, İsmayıllı rayon sakini, 1996-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Şafiq Talıbov döş qəfəsindən və onun xalası oğlu, Göyçay rayon sakini, 1978-ci il təvəllüdlü Rahim Məmmədov isə kürək nahiyyəsindən bıçaqlanıb. Hər iki şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Səhhətləri ilə əlaqədar onların dindirliməsi mümkün olmayıb. Faktla bağlı Binqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31