Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıblar

Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağcabədi rayonunun Qaravəlli kəndində "Mercedes" markalı minik avtomobili və "Kamaz" markalı yük avtomobili toqquşub. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1977-ci il təvəllüdlü Qardaşxanov Rövşən İsa oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31