Gülər Əhmədovanın oğlu tutuldu - "Bandotdel" əməliyyat keçirdi - FOTO

Gülər Əhmədovanın oğlu tutuldu - "Bandotdel" əməliyyat keçirdi - FOTO

Fevralın 9-da Bakının Nəsimi rayonu ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən avtomobildən silah-sursat götürülməsi hadisəsi ilə bağlı xəbər vermişdik.

Olaylar.az  baku.ws-ə istinadən xəbər verir ki, İdarə əməkdaşlarının Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan və idarə etdiyi BMW-dən 1 ədəd "Glock-19" markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülən Bakı şəhər sakini Toğrul Fikrət oğlu Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31