Bakıda seksual manyak tutuldu - 30 YAŞI VAR

Bakıda seksual manyak tutuldu - 30 YAŞI VAR

Azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsi xəbər verir ki, paytaxtın Xəzər rayonu, Binə qəsəbəsidə azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

1990-cı il təvəllüdlü F.H barəsində Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə Xəzər RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31