Qonşusu 7 yaşlı qızı zorlamaq istədi – Bakıda
Qonşusu 7 yaşlı qızı zorlamaq istədi – Bakıda
4 Fevral 2020 15:43 KriminalBakının Xəzər rayonunun hüquq-mühafizə orqanlarına azyaşlı qız uşağına qarşı təcavüzə cəhd edildiyi barədə məlumat daxil olub.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, fevral ayının 3-də Binə qəsəbəsində yaşayan 32 yaşlı qadın Xəzər rayonu 3-cü Polis Bölməsinə müraciət edib. Qadın bildirib ki, 29 yaşlı qonşusu onun yeddi yaşlı qızına qarşı cinsi təcavüz etməyə cəhd göstərib.
Qadının söyləyib ki, səhər saatlarında qonşusu onun mənzilinə daxil olaraq uşağa hücum edib. Xoşbəxtlikdən təcavüzkar öz istəyinə nail ola bilməyib. Azyaşlının hay-küy salması təcavüzkarı qorxudub.
Hazırda istintaq məlumatın hansı dərəcədə doğru olduğunu araşdırır. Faktla bağlı hələlik saxlanılan yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31