Keçmiş məhkumdan narkotik vasitələr götürülüb
Keçmiş məhkumdan narkotik vasitələr götürülüb
31 Yanvar 2020 15:11 KriminalBaş Narkotiklərlə Mübarizə İdarəsi və Abşeron RPİ əməkdaşlarının Xırdalan şəhərində birgə əməliyyat keçiriblər. DİN-dən "Olaylar"a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini R.Əliyevin kirayədə yaşadığı evdən 140 qrama yaxın heroin, 32 qrama yaxın metamfetamin, 2 qrama yaxın marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Araşdırma zamani onun məhkm olunduğu müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31