Bakıda sərnişin avtobusu KÖRPÜDƏN AŞDI: yaralılar var
25 Yanvar 2020 09:51 KriminalBakıda ağır yol qəzası baş verib.
Trend xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.
Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "Mitsubishi-Pajero" və "VAZ 2107" markalı avtomobillərlə toqquşub. Toqquşmadan sonra sərnişin avtobusu və "Mitsubishi-Pajero" körpüdən aşıb.
Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31