Xadimə işlədiyi evdən 5000 manatlıq qızıl oğurladı
Xadimə işlədiyi evdən 5000 manatlıq qızıl oğurladı
24 Yanvar 2020 14:25 KriminalBakıda xadimə işlədiyi evdən 5000 manatlıq oğurluq edib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə yanvarın rayon ərazisindəki mənzillərin birindən 22-də saat 10-dan 23-dək olan müddətdə 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Dadaşova saxlanılıb və o, bu cinayət əməlini törtəməsini etiraf edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31