Narkotik satan əczaçılar saxlandılar

Narkotik satan əczaçılar saxlandılar

Bakıda əczaçılar saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər sakini V.Məmmədova 9 ədəd "Tramadol" və 5 ədəd "Prebagalin" həblərini satarkən saxlanılıblar. Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd "Tramadol", 667 ədəd "Pregabalin", 659 ədəd "T-doll", 246 ədəd "Contramal", 10 ədəd "Tamol XX", 58 ədəd "Royal", 70 ədəd "Lyrica" və 126 ədəd "Regapen" aşkar edilərərk götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31