Bakıda qızlar ərəblərə həyatlarının şokunu yaşatdı
21 Yanvar 2020 12:54 KriminalBakıda Ərəbistan vətəndaşları qarət olunub. Trend-ə istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.Yasamal rayonu, M.İbrahimov küçəsi 5 ünvanında yerləşən "Prestij" hostelində Səudiyyə Ərəbistanı vətəndaşları olan turistlər - 1998-ci il təvəllüdlü Alnekhian Mohammed Khlidin 1000 manatı və 1993-cü il təvəllüdlü Albishi Mübarək Saccidin 450 manatı oğurlanıb.Hər iki şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, pulları onlara qonaq gəlmiş Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Mehrəliyeva Kimyaxanım Qulu qızı və Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Ağayeva Xəyalə Qalib qızı oğurlayıb.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31