Bakıda kişiyə və qadına qarşı iyrənc hərəkət - Təfərrüat

Bakıda kişiyə və qadına qarşı iyrənc hərəkət - Təfərrüat

Bakının Nəsimi rayuonunda soyğunçuluq hadisəsi baş verib.

19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini D.Nəsirov yanvarın 12-də saat 9 radələrində Cavadxan küçəsi ev 28-in qarşısında 1 nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Bundan başqa, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Ş.Məmmədovanın çantasından içərisində 400 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31