Azərbaycanlı qadınları fahişəliyə cəlb edən Mədinənin işi - Məhkəmədə

Azərbaycanlı qadınları fahişəliyə cəlb edən Mədinənin işi - Məhkəmədə

Azərbaycanda insan alveri ilə məşğul olmaqda ittiham olunan Mədinə Gülməmmədovaya cinayət işi açılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Mədinə Gülməmmədova Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun iki qadını Türkiyəyə aparması və orada kişi müştərilərlə görüşdürməsi, bunun müqabilində gəlir əldə etməsi müəyyən olunub.

Mədinə Güləmmədovanın barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mirzə Xankişiyevin icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə qapalı məhkəmə iclası başlanacaq.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31