İlkin cinayəti etiraf etdi
Tovuz rayonu Dondar Quşçu kəndində Nərminin qətlində şübhəli bilinən şəxs cinayəti etiraf edib. News24.az-a daxil olan məlumata görə, hazırda polis tərəfindən dindirilən İlkinin soyadı Süleymanovdur. O, cinayəti törətdiyini etiraf edib. Onun ciddi psixoloji problemi olduğu bildirilir.