Bakıda yanğın zamanı üç tələbə öldü – VİDEO
10 Yanvar 2020 09:55 KriminalBakının Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş yanğın zamanı üç əcnəbi tələbə qız boğularaq ölüb.Bədbəxt hadisə Xanlar küçəsi 60 ünvanında baş verib.Ümümi sahəsi 36 m² olan bir otaqlı mənzildə bir ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Yanğın zamanı əmələ gələn tüstüdən üç tələbə qız boğularaq ölüb. Qızların Şri-Lanka vətəndaşları olduqları məlum olub. Onlar Bakıda fəaliyyət göstərən Qərbi Kaspi Universitetinin tələbələri olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31