Azərbaycanlı qadınları Türkiyədə satan dəstə başçısının şok əməlləri - Foto
Azərbaycanlı qadınları Türkiyədə satan dəstə başçısının şok əməlləri - Foto
30 Dekabr 2019 13:00 KriminalAzərbaycanlı qadınları insan alverinə cəlb etməkdə təqsirli bilinən Tovuz rayon sakini, 1983-cü il təvəllüdlü Natəvan Kazımovanın barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib. Yaxın günlərdə bu cinayət işi üzrə qapalı məhkəmə iclası başlanacaq.

Qeyd edək ki, Natəvan Kazımovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsi tərəfindən axtarış elan edilib. İnterpol xətti ilə 2018-ci ildən axtarışda olan Natəvan Kazımova bu il həbs olunub.
O, Azərbaycan vətəndaşı olan bir qrup qadına Türkiyədə iş düzəldəcəyi ilə aldadıb və həmin ölkəyə aparıb. Orada həmin qadınların ümumvətəndaş pasportunu alan Natəvan Kazımova onları dəstənin digər üzvünə təhvil verib.
Natəvan Kazımovanın Türkiyəyə apardığı qadınlar orada otel və digər evlərdə cinsi istismara məruz qoyub.
Cinayət işi üzrə 12 qadın zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq orqanı tərəfindən Natəvan Kazımovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.