Türkiyədə azərbaycanlı ailəsində dəhşət: Qəzəbli oğul anasını vəhşicəsinə qətlə yetirdi
Türkiyədə azərbaycanlı ailəsində dəhşət: Qəzəbli oğul anasını vəhşicəsinə qətlə yetirdi
23 Dekabr 2019 12:04 KriminalTürkiyənin Balıkesir bölgəsinin Edremit rayonunda oğul anasını qətlə yetirib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Yaşyer məhəlləsində qeydə alınıb.
Bildirilib ki, 18 yaşlı Əmrah Y. əslən azərbaycanlı olan anası, 45 yaşlı Vüsalə Y. ilə mübahisə edib.
Mübahisə zamanı Əmrah əlinə götürdüyü dəmir parçası ilə anasının başına bir neçə dəfə zərbə endirib.
Qadın hadisə yerində ölüb. Əmrah Y. polis tərəfindən saxlanılıb və məhkəməyə çıxarılaraq, barəsində həbs qərarı verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31