Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirdi - Həbslər var
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirdi - Həbslər var
2 Dekabr 2019 12:17 KriminalDaxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat keçirilib.
Olaylar.az bildirir ki, cari ilin mart ayında Bakı şəhər sakini M.Məmmədovun sosial müavinət düzəldəcəyi adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 19.800 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.
Bundan başqa, 2018-ci ilin dekabr ayında Saatlı rayon sakini B.Qədirovun işə düzəltmək adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 10.850 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Qədirov saxlanılıb.