Azərbaycanda qadını çılpaq şəkilləri ilə hədələyib pulunu aldılar
Azərbaycanda qadını çılpaq şəkilləri ilə hədələyib pulunu aldılar
28 Noyabr 2019 15:26 KriminalHacıqabul şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş T.Qasımovun tanışı olan bir qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gəlib sonuncudan 300 manat pul alması barədə Rayon Polis Şöbəsinə daxil olmuş müraciətlə əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində T.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31