58 yaşlı kişini arvadının sevgilisi öldürdü- TƏFƏRRÜAT
58 yaşlı kişini arvadının sevgilisi öldürdü-TƏFƏRRÜAT
26 Noyabr 2019 13:46 KriminalTürkiyədə yayımlanan "Müge Anlı" verilişində bir cinayətin üstü açılıb. İtkin düşən Turqut Özyürek adlı şəxsin arvadı Neclanın 33 yaşlı sevgilisi tərəfindən meşədə öldürüldüyü üzə çıxıb.
Turqut arvadı ilə Manisada yaşayırdı. Son dövrdə xərçənglə mübarizə aparan Turqut arvadının sevgilisi tərəfindən öldürülüb. Verilişə gələn Neclanın özünü şübhəli aparması polisin diqqətindən yayınmayıb. O, Manisaya qayıdanda saxlanılıb. Neclanın 33 yaşlı sevgilisi Hayrettin Atasoy Turqutu meşəyə apararaq başından dəyənəklə vuraraq öldürüb.
Bu vaxta qədər 7 dəfə ərdə olan Necla 33 yaşlı Hayrettinlə evlənmək üçün ərini öldürtmək qərarına gəlib.
Sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31