Toya gedən şəxs yoxa çıxdı - MEYİTİ TAPILDI

Toya gedən şəxs yoxa çıxdı - MEYİTİ TAPILDI

Salyan rayonunda sakininin meyiti tapılıb.

Rayonun Xıdırlı kənd sakini, 1984-cü il təvəllüdlü Paşayev Qabil Valeh oğlunun meyiti Yenikənd kəndində aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

İlkin məlumata görə, Q.Paşayev iki gün bundan əvvəl həmin kəndə toya gəlib və ondan sonra bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.(Report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31