Arvadı ilə qayınanasını qətlə yetirərək yandırdı - Azərbaycanda dəhşətli CİNAYƏT
Arvadı ilə qayınanasını qətlə yetirərək yandırdı - Azərbaycanda dəhşətli CİNAYƏT
17 Oktyabr 2019 11:59 KriminalBinəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə Alıbəyli küçəsi 22 ünvanında baş verib.
Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb.
Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı - qayınanasını bıçaqlayıb.
Hər iki şəxs hadisə yerində ölüb.
Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb.
Özü isə hadisə yerindən qaçarkən "Azadlıq" prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.