Kişi azyaşlı qohuma ilə... – Gədəbəydə şok təcavüz olayı

Kişi azyaşlı qohuma ilə... – Gədəbəydə şok təcavüz olayı

Gədəbəy rayonunda on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirli bilinən şəxsə cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, Gədəbəy rayon sakini Pərviz Əliyevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Pərviz Əliyev qohumu Səidə Məmmədovaya (ad və soyad şərtidir - red.) qarşı seksual xarakterli hərəkətlər edib.

Pərviz Əliyev barəsində cinayət işi baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Marif Kazımovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 24-nə təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31