Azərbaycanda gənc qızı vəhşicəsinə döyüb öldürdülər - YENİ FAKTLAR
Azərbaycanda gənc qızı vəhşicəsinə döyüb öldürdülər - YENİ FAKTLAR
9 Oktyabr 2019 15:42 KriminalÖtən gecə Beyləqan rayonunda 18 yaşlı qızın vəhşicəsinə döyülərək yol kənarına atılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Olaylar.az xəbər verir ki, bu gün Beyləqan Rayon Mərkəzi Xəstəxanasında vəfat edən Quliyeva Aygün Mehman qızı xəstəxanaya gətirilərkən koma vəziyyətində olduğundan onun hansı şəraitdə və kim tərəfindən döyüldüyü hələlik məlum olmayıb.
Bildirilir ki, ailədə 6 uşaqdan (3 qız və 3 oğlan) biri olan Aygün dünən axşam saatlarında Yuxarı Aran kəndindəki evlərindən çıxıb. Gecə saatlarında isə Beyləqan-Kəbirli yolunun kənarında onu ölümcül halda aşkarlayıblar və hadisə yerinə gələn polis əməkdaşlarının köməkliyi ilə qız xəstəxanaya çatdırılıb.
Məlumata görə, döyülərək öldürülən Aygün Quliyeva subay olub. Onun ötən gecə kiminlə görüşməsi, harada və hansı şəraitdə döyülməsi hələlik məlum deyil. Kənd sakinləri qızın ailəsinin sakit həyat tərzi sürdüyünü və kiminləsə düşmənçilik etmədiyini deyiblər.
Araşdırmalar davam etdirilir.