Həyat yoldaşını qətlə yetirən saxlanıb
Həyat yoldaşını qətlə yetirən saxlanıb
7 Oktyabr 2019 13:46 KriminalDaxili İşlər Nazirliyi paytaxt Bakıda baş verən qətllə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 6-da saat 18 radələrində Biləcəri qəsəbə sakini N.Məmmədov Binəqədi rayonu ərazisində ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Leyla Məmmədovanı bıçaqla qətlə yetirilib. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Məmmədov saxlanılıb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31