Bakıda dəhşət: Qısqanc ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı
Bakıda dəhşət: Qısqanc ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı
16 Sentyabr 2019 11:57 KriminalSabunçu rayonunda ailə münaqişəsi zəminində dəhşətli hadisə baş verib.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 38 yaşlı Rasim Əhmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Aynurə Məmmədzadənin Maştağa qəsəbəsində yaşadığı evinə gedib. Orada mübahisə edən keçmiş cütlüyün davası cinayətlə yekunlaşıb. R. Əhmədov keçmiş arvadının üzərinə benzin tökərək onu diri-diri yandırıb.
Yanıq xəsarətləri alan A. Məmmədzadə xəstəxanaya yerləşdirilib, həkimlər onun həyatını xilas edə biliblər.
R. Əhmədov Aynurəni qısqanclıq zəminində yandırdığını deyib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31