Bakıda dəhşətli QƏTL: Arvadını hamamda bu vəziyyətdə gördü,oradaca öldürdü
Bakıda dəhşətli QƏTL: Arvadını hamamda bu vəziyyətdə gördü,oradaca öldürdü
11 Sentyabr 2019 17:23 KriminalBakıda qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən Quba rayon sakini Bəhruz Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) barəsində olan cinayət işi üzrə məhkəmə işi başa çatıb.
Olaylar.az publika.az-a istinadən xəbər verir ki, Bəhruz Babayev paytaxtın Nərimanov rayonunda arvadı Sevda Babayeva və bir azyaşlı övladı ilə kirayə yaşayıb. O, qaldığı evdə arvadını mütəmadi olaraq döyüb və digər zorakı hərəkətlər göstərib.
Arvadına işgəncə verdi
Bəhruz Babayev arvadını güclü fiziki ağrı və psixi iztirablar verib, həmçinin onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı xüsusi amansızlıqla döyüb.
Belə ki, Bəhruz Babayev 2017-ci ilin dekabrından Bakı şəhərinə köçüblər. Həmin vaxtdan başlayaraq müxtəlif bəhanələrlə arvadına işgəncə verib. Onun bu hərəkətləri dəfələrlə təkrarlanıb, hətta bir neçə dəfə arvadını azyaşlı övladının gözləri qarşısında da döyüb.
Arvadına qarşı hamamda zorakılıq
Bəhruz Babayev sonuncu dəfə 19 oktyabr 2018-ci il tarixdə, saat 19 radələrində kirayə yaşadığı evin hamamında arvadı ilə birlikdə çimib.
Bu zaman o, arvadının bədənində göyərti izi görməsini bəhanə edib, onu döyməyə başlayıb. Həmin vaxt Sevdanın yalvarmasına və imdad diləməsinə belə əhəmiyyət verməyib. O, arvadının üz nahiyəsinə əllə qüvvətli zərbə vurmaqla ona xəsarət yetirib.
Əxlaqsızlıq davası
Bundan başqa, Bəhruz Babayev arvadının başqa kişilərlə cinsi əlaqədə olaraq ona xəyanət etməsi və əxlaqsız həyat tərzi sürməsini bəhanə edib. O, arvadını öldürmək qərarına gəlib.
Bəhruz Babayev 20 oktyabr 2018-ci il tarixdə, gecə saat 03 radələrində birlikdə kirayədə yaşadıqları mənzilin dəhlizindəki yardımçı otaqdan götürdüyü çəkiclə arvadının baş nahiyəsindən çoxsaylı zərbələr yetirib.