Bakı-Quba yolunda dəhşətli hadisə - ÖLƏN VAR
1 Sentyabr 2019 10:54 KriminalBakı-Quba-Rusiya sərhədi magistral yolunda ağır yol qəzası baş verib.
Publika.az xəbər verir ki, magistralın 60-cı kilometrliyində - Xızı rayonu ərazisində Rusiya vətəndaşı Anzor Todorov idarə etdiyi "Toyota Camry" markalı, A400KP07 markalı avtomobillə gecə saat 02 radələrində piyadanı vurub. Nəticədə ağır xəsarət alan gənc oğlan hadisə yerində ölüb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, ölən şəxs Siyəzən şəhər sakini 1994-cü il təvəllüdlü Əsgərov Ümid Əlirza oğludur. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31