Mahmudova zorlama ittihamı verildi – Təfərrüat
31 Avqust 2019 11:35 KriminalGəncə şəhərində 14 yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən Xaliq Mahmudovu cinayət işi açılıb.
Teleqraf.com-un xəbərinə görə, ona Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Xaliq Mahmudov şəhər ərazisində Səbinə Vəliyeva (ad və soyad şərti verilib - red.) cinsi əlaqədə olub. Hüquq-mühafizə orqanlarına edilən şikayətdən sonra o, həbs edilib.
Cinayət işi üzrə material baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib və hakim Rasim Kazımovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31