Azərbaycanda ata evə benzin töküb yandırdı - 2 yaşlı oğlu öldü - FOTO (YENİLƏNİB)

Şəmkirdə azyaşlının ölümünə səbəb olan yanğının bəzi təfərrüatları bəlli olub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Mətanət Məsimovanın keçmiş həyat yoldaşı tərəfindən törədilib.

Belə ki, qadının 3 ay əvvəl boşandığı həyat yoldaşı Elmar Məsimov evə benzin tökərək od vurub. Daha sonra ərazidən uzaqlaşıb. Nəticədə E.Məsimovun iki yaşlı övladı ölüb, keçmiş həyat yoldaşı və qaynanası müxtəlif ağır dərəcəli bədən xəsarətləri alıb.

Keçirilən əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən ata tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31