AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ - Uşaq öldü, anası və nənəsi isə...

Şəmkir rayonunda ölümlə nəticələnən yanğın baş verib.Hadisə Sarıtəpə kəndində, evdə qeydə alınıb.

Yanğın zamanı, 2 yaşlı Nicat Elmar oğlu Məmmədov ölüb. Onun anası, 1995-ci il təvəllüdlü Mətanət İlqar qızı Məsimova və qadının anası 1964-ci il təvəllüdlü Səltənət Allahverdi qızı xəsarət alıblar. Xəsarət alanlar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların vəziyyətinin ağır olması səbəbindən hər ikisinin Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.(Report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31