Bakıda dəhşətli hadisə - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR
11 Avqust 2019 10:09 KriminalBu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib.
Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili və "КамАЗ" markalı yük avtomobilinin toqquşması barədə müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan Arif Allahverdiyevin və Mübariz Allahverdiyevin meyitlərini və müxtəlif xəsarətlər alan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31