Qaradağda sürətli yolda maşın piyadanı belə vurub öldürdü - VİDEO
9 Avqust 2019 04:16 KriminalHadisə həmin şəxsin tanışının gözü qarşısında baş verib
Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, Bakı-Ələt yolunun Sahil qəsəbəsi ərazisindən keçın hissəsində piyadanı maşın vurub. Təxminən 30 yaşlarında olan oğlan ağır xəsarət alaraq xeyli qan itirib və hadisə yerində ölüb. O, yüksək sürətli yolda piyada keçidindən istifadə etməyib və qəflətən yola çıxıb. Bu zaman "Mercedes" markalı avtomobil onu vurub. Hadisə həmin şəxsin tanışının gözü qarşısında baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

