Azərbaycanda qorxunc hadisə - 2 dost yeyib-içdikdən sonra öldü
7 Avqust 2019 11:44 KriminalŞirvan şəhərində iki nəfər birlikdə yeyib-içdikdən sonra dünyasını dəyişib.
Virtualaz.org xəbər verir ki, iki gün əvvəl Şirvan şəhər sakinləri-34 yaşlı Vüsal Tahir oğlu Əzizov və 43 yaşlı Bala İsa oğlu Şotiyev birlikdə yeyib içdikdən sonra halları pisləşdiyi üçün Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Ertəsi gün hər iki şəxs xəstəxanada dünyasını dəyişib.Ölümün baş verməsinə səbəb kimi, ilkin versiya olaraq, dünyasını dəyişmiş şəxslərin spirtli içkilərin üzərindən narkotik maddə qəbul etdikləri göstərilir.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31