Qubada AİLƏ FACİƏSİ - Nənə öldü, nəvə və gəlin yaralandı - FOTOLAR

Qubada AİLƏ FACİƏSİ - Nənə öldü, nəvə və gəlin yaralandı - FOTOLAR

Bu gün Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az  xəbər verir ki, hadisə rayonun Püstəqasım kəndində qeydə alınıb. Toydan qayıdan "VAZ-2107" markalı maşın yoldan çıxaraq qaz xəttinə çırpılıb. Qəza nəticəsində maşında olan sərnişin, 1958-ci il təvəllüdlü Məmmədova Elmira Ədə qızı dünyasını dəyişib. Digər sərnişinlər - Xaçmazın Müzəffəroba kənd sakinləri, 1993-cü il təvəllüdlü Şəlalə Məmmədova və onu 6 yaşlı qızı Dilşad Məmmədova, o cümlədən Qubanın Timiryazev kənd sakini, 1980-ci il təvəllüdlü Gülnarə Quliyeva müxtəlif bədən xəsarətləri ilə Quba Regional Diaqnostika mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31