Qadınları Türkiyədə fahişəliyə cəlb edən Müşfiqə məhkəməyə çıxarılır

Qadınları Türkiyədə fahişəliyə cəlb edən Müşfiqə məhkəməyə çıxarılır

Azərbaycanda qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Müşviqə Kazımovanın barəsində cinayət işi başlanıb.

Olaylar.az  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Azər Paşayevin icraatına verilən cinayət işinin məhkəmə hazırlıq iclası avqust ayının 9-da keçiriləcək.

Müşviqə Kazımova Azərbaycan vətəndaşı olan 3 qadını ölkə hüdudlarından kənara aparıb və orada kişi müştərilərlə pul müqabilində görüşdürüb, qazanc əldə edib.
İttihama görə, Müşviqə Kazımova qadınları Türkiyəyə xadimə işləmək adı ilə aldadaraq aparıb.

Zərərçəkmişlərin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə etdikləri şikayət əsasında Müşviqə Kazımova həbs edilib.

Ona qarşı cinayət məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31