Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın - Bina sakinləri təxliyə olundu

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. 

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında şaxta boyunca kommunikasiya xətləri və elektrik naqilləri 42 p.m yanıb. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31