Azərbaycanda kriminal avtoritet intihar etdi
5 Avqust 2019 07:09 KriminalCəlilabad rayonunda intihar hadisəsi baş verib.
İntihar hadisəsi şəhərin Təbriz küçəsində qeydə alınıb.
Belə ki, Cəlilabad şəhər sakini, Qasımov Sahib Məzahir oğlu intihar edib. İlkin məlumata görə, onun qəbul etdiyi yüksək dozalı narkotikmaddənin təsirindən intihar etdiyi bildirilir.
Qeyd edək ki, S.Qasımov Cəlilabad rayonunda "Ququ" ləqəbli kriminal avtoritet kimi tanınır.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31