Kişi xəyanətə görə keçmiş sevgilisini bıçaqlayıb – Qadın isə barışıq üçün ev tələb edir

Kişi xəyanətə görə keçmiş sevgilisini bıçaqlayıb – Qadın isə barışıq üçün ev tələb edir

Bakıda namus üstündə qeyri-rəsmi birlikdə yaşadığı qadını bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1985-ci il təvəllüdlü Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir. Vüqar Ələkbərov bir zamanlar münasibətdə olduğu Şəbnəm Ələsgərovanı bıçaqlayıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər dindirilib. Şahid Vüsal Əliyev dindirilən zaman həbs edilən Vüqarın sinif yoldaşı, qonşusu olduğunu deyib.

Şahid bildirib ki, Vüqar Moskvada olan zaman ona zəng edib: "Məndən xahiş elədi ki, ailəsindən, evindən muğayət olum. Mən də dedim ki, narahat olmasın. Nəsə problem olsa, özüm yoluna qoyacam. Bildirdim ki, heç problem olmasına şərait yaratmaram".

Şahiddən soruşulub: "Vüqara Şəbnəmin kiminləsə görüşüb-görüşməməsi barədə nəsə deyibsənmi?"

Vüsal Əliyev bu barədə Vüqara heç nə demədiyini, görmədiyini deyib.

O da məlum olub ki, zərərçəkmiş Vüsal Əliyevi bağışlamaq üçün şərt qoyub. Belə ki, o, yaşadığı ev adına keçiriləcəyi halda şikayətini geri götürə bilər.

Daha sonra məhkəmə iclasının qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, ötən il aprelin 10-da Ələkbərov Vüqar Əliheydər oğlu 25 yaşlı keçmiş həyat yoldaşı Ələsgərova Şəbnəm Elman qızına bıçaq xəsarətləri yetirib. Qadın boyun və sinə nayihəsinin deşilmiş yaraları ilə ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb.

Xətai rayonunun 36 saylı Polis Bölməsinin əməkdaşları V.Ələkbərovu saxlayıb. Cinayət qısqanclıq zəminində törədilib. V.Ələkbərova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ittiham irəli sürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31