Azərbaycanda daha bir dəniz faciəsi - Gənc musiqiçi boğuldu
Azərbaycanda daha bir dəniz faciəsi - Gənc musiqiçi boğuldu
1 Avqust 2019 10:31 KriminalAzərbaycanda daha bir gənc dənizdə batıb.
Olaylar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Xaçmaz rayonunun Niyazoba kəndində dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, dənizdə batan şəxs Xaçmaz şəhər sakini olan 27 klarnet ifaçısı Pənah Əkbərovdur.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31