Azərbaycanda 17 yaşlı məktəbli qızın FACİƏVİ SONU - 1 gün sonra nişanı olacaqdı… - FOTO
Azərbaycanda 17 yaşlı məktəbli qızın FACİƏVİ SONU - 1 gün sonra nişanı olacaqdı… - FOTO
31 İyul 2019 15:55 KriminalZaqatalada 17 yaşlı qız intihar edib.
Hadisə dünən rayonun Əliabad qəsəbəsində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tapılıb. O, özünü həyətlərindəki tövlədə kəndirlə asıb.
Qeyd edək ki, 17 yaşlı qızın nişanı olacaqdı, lakin bir gün öncə intihar edib. Bu, G.İsmayılovanın intihar etməsinin səbəbi kimi qeyd edilir.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31